Pivə növləri

Carlsberg

İdeal şəkildə balanslaşdırılmış dada malik olan və bütün dünyada tanınan klassik lager.
Carlsberg pivənin tarixi 1847-ci ildən başlanır.
“Çox güman ki, dünyanın ən yaxşı pivəsidir”
Alkoqol – 4.6%

Kronenbourg

Kronenbourg 1664 Blanc-a məxsus olaraq, xüsusi həzz almaq və qeyri-adi bir şey dadmaq istəyən əsl şərab bilicilər üçün istehsal olunmuş son dərəcə yüksək keyfiyyətli bir pivədir.
«Elzas» mayaotunun ən yaxşı növlərindən biri olan «Strisselspalt» mayaotundan istifadə etməklə hazırlanır. Sitrus meyvələri və koriandr-ın zərif ətri möhtəşəm cəlbedici dadını vurğulayır.
Alkoqol – 4.8%

Xırdalan lager

Açıq rəngli pivə klassik texnologiya əsasında bişirilir. Bu prosesdə yüksək keyfiyyətli xammaldan – mayadan, arpadan və pivənin yalnız bu növündə istifadə olunan aromatlaşdırıcı xüsusi pivə mayasından — “Holsten” — istifadə olunur. Süzülmə prosesində pivəyə xüsusi ətir verilir. Pivənin dadındakı acılıq orta səviyyədədir. Pivənin dadındakı acılıq xüsusi kütlənin hazırlanmasında istifadə olunan xüsusi mayaları əlavə etməklə yaranır. Qıcqırma prosesində pivə təbii karbon qazı ilə doydurulur və nəticədə pivənin dadında hiss olunan yüngül acılıq isti yay günlərində sizə sərinlik bəxş edəcək.

Pivə Növü:Lager
Alkoqol tərkibi:4,8%

Xırdalan non-filtered

Filtrasiya olunmamış «Xırdalan» pivəsi zəngin, dolğun, eyni zamanda yumşaq dadı ilə fərqlənir. Filtrasiya olunmamış lager zərif buğda tamı ilə mükəmməl şəkildə birləşən təzə ətirli mayaotu buketi ilə bulud-qızılı rəngə malikdir. Filtrasiya olunmadan hazırlamış sıx köpüklü içki çoxsaylı əsl maya, mayaotu, səməni və buğda ətri ilə zəngin və təbii dad bəxş edir. Filtrasiya olunmamış «Xırdalan» pivəsini satışa buraxaraq brend portfelimizi genişləndirəcək. Yeni Filtrasiya olunmamış pivə növü Xırdalan brendinə Azərbaycanda 1 nömrəli pivə brendi statusunu vurğulamağa imkan verəcək.

Pivə Növü: Wheat Beer
Alkoqol tərkibi: 4,5%

Əfsanə Çəllək

Əfsanə — xoş arpa səmənisi dadına və xəfif maya acılığına malik ənənəvi yüngül pivədir. Bu pivə köhnə dostlar üçün mükəmməl şəkildə uyğun gəlir.
Əfsanə “Carlsberg Group”-un 2013-cü ildə yaradılan yerli brendidir və münasib qiymətə təklif olunur.
Pivə Növü: Açıq Lager
Alkoqol tərkibi: 4,2%